Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Əhmədinejad prezidentliyə namizədliyini irəli sürdü

Əhmədinejad prezidentliyə namizədliyini irəli sürdü

İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb.

Ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident bu gün sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb.

M. Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, ali liderə verdiyi sözün üstündə dayanır: “Mən cənab Bəqayiyə dəstək olmaq üçün namizədliyimi vermişəm”.

APA-nın “namizədliyinizi geri götürəcəksinizmi” sualına keçmiş prezident belə cavab verib: “Hələlik məlum deyil nə baş verəcək. Gözləmək lazımdır”.

Qeyd edək ki, M. Əhmədinejad daha öncə seçkilərdə H. Bəqayini dəstəkləyəcəyini açıqlamışdı.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın