Ana səhifə / Sosial / Əhməd Şahidov qon­dar­ma “DQR”in “om­budsman”ınına qarşı hərəkətə keçdi

Əhməd Şahidov qon­dar­ma “DQR”in “om­budsman”ınına qarşı hərəkətə keçdi

Əh­məd Şa­hi­dov: “Biz Av­ro­pa Par­la­men­ti­nin rəh­bər­li­yi­nə bu ba­rə­də mə­lu­mat ve­rə­cə­yik”

Er­mə­nis­tan mət­bu­a­tı­nın ver­di­yi mə­lu­ma­ta gö­rə, fev­ra­lın 14-də Stras­burqda yer­lə­şən Av­ro­pa Par­la­men­ti­nin bi­na­sın­da qon­dar­ma “Dağ­lıq Qa­ra­bağ Res­pub­li­ka­sı”nın “om­budsman”ı Ru­ben Me­lik­yan mət­bu­at konfran­sı ke­çi­rib.
“Obudsman”ın hə­min təd­bi­ri Av­ro­pa Par­la­men­ti­nin Lyuk­sem­burqdan olan üz­vü Farnk En­qel­lə bir­gə ke­çir­di­yi de­yi­lir. Mət­bu­at konfran­sın­da bil­di­ri­lib ki, “om­budsman”ın bir sı­ra par­la­men­ta­ri­lər­lə gö­rü­şü olub və hə­min tə­mas­lar­da ap­rel dö­yüş­lə­ri ba­rə­də mü­za­ki­rə­lər apa­rı­lıb. Me­lik­yan bil­di­rib ki, o, Av­ro­pa Par­la­men­ti­nin üzvlə­ri­nə bə­zi sə­nəd­lər də təq­dim edib. Se­pa­rat­çı bir qu­ru­mun rəh­bə­ri ilə bu for­ma­da tə­mas­la­rın qu­rul­ma­sı­nı ne­cə qiy­mət­lən­dir­mək olar?
Av­ro­pa Par­la­men­tin­də mü­tə­ma­di təd­bir­lər ke­çi­rən hü­quq mü­da­fi­ə­çi­si Əh­məd Şa­hi­dov “Bakı-Xəbər”ə  açıq­la­ma­sın­da bil­dir­di ki, qon­dar­ma qu­ru­mun təm­sil­çi­si­nin açıq­la­ma­sı ilə ta­nış­dır:
“Bi­lir­si­niz ki, Stras­burqda­kı sö­zü­ge­dən bi­na­da təd­bir ke­çir­mək prob­lem de­yil. Hət­ta sa­də in­san­lar be­lə ora da­xil ola bi­lir. Çox ma­ne­ə­siz şə­kil­də Av­ro­pa Par­la­men­tin­də ge­dən din­lə­mə­lə­ri iz­lə­mək olur. Ola bi­lər ki, sö­zü­ge­dən şəxs də ora hə­min sta­tus­da da­xil olub. Ən diq­qət­çə­kən mə­qam isə Lyuk­sem­burqdan olan par­la­men­ta­ri­nin onun­la bir­gə təd­bir ke­çir­mə­si­dir. Hər hal­da, ya­yı­lan in­for­ma­si­ya­da be­lə de­yi­lir. Ola bi­lər ki, növ­bə­ti er­mə­ni uy­dur­ma­sı­dır. Am­ma bu fakt təs­di­qi­ni ta­par­sa, biz hə­min de­pu­ta­tın özü­nə və onun təm­sil olun­du­ğu öl­kə­yə eti­ra­zı­mı­zı bil­di­rə­cə­yik. Ey­ni za­man­da Me­lik­ya­nın han­sı de­pu­tat­lar­la gö­rüş ke­çir­di­yi­ni mü­əy­yən edib hə­min de­pu­tat­la­rı ye­ni­dən ma­a­rif­lən­di­rə­cə­yik. Me­lik­yan bil­di­rir ki, onun çı­xı­şı­nın bö­yük bir his­sə­si Lap­şi­nə həsr olu­nub. Bu­na gö­rə onun na­ra­hat­lıq ke­çir­mə­si an­la­şı­lan de­yil. Am­ma gö­rü­nür ki, on­lar is­tə­ni­lən mə­sə­lə­də öz­lə­ri­ni rek­lam et­mə­yi dü­şü­nür. Hə­min ada­mın özü­nün təq­di­ma­tı yal­nış­dır. Dün­ya­da heç kim tə­rə­fin­dən ta­nın­ma­yan bir se­pa­rat­çı qu­rum­da “om­budsman” ne­cə ola bi­lər? Biz Av­ro­pa Par­la­men­ti­nin rəh­bər­li­yi­nə də bu ba­rə­də mə­lu­mat ve­rə­cə­yik ki, gə­lə­cək­də se­pa­rat­çı­la­rın on­la­rın tri­bu­na­sın­dan ya­rar­lan­ma­sı­na im­kan ver­mə­sin­lər”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın