Ana səhifə / Sosial / Əhməd Davudoğlu Azərbaycana gələcək

Əhməd Davudoğlu Azərbaycana gələcək

1 noyabr növbədənkənar parlament seçkilərində qalib gələn və təkbaşına hökumət qurmaq hüququ əldə edən AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu istirahətini artıq başa çatdırıb.

Türkiyə KİV-ləri baş nazirin sabahdan etibarən işə başlayacağını bildirirlər. Yerli mətbuat hətta Ə.Davudoğlunun iş qrafiki ilə bağlı məlumatlar da yayıb.

Həmin məlumatına görə, Ə.Davudoğlu yeni hökumətin rəhbəri kimi ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinə edəcək və ardından Azərbaycana gələcək. Azərbaycandan sonra Davudoğlunun İraqa gedəcəyi bildirilir.

Bununla da o, özündən əvvəlki baş nazirlərin qoyduğu ənənəni davam etdirmiş olacaq.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın