Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Əhalinin sayı 10 milyona çatacaq – 2019-cu ildə

Əhalinin sayı 10 milyona çatacaq – 2019-cu ildə

Azərbaycan əhalisinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 O qeyd edib ki, 2017-ci ilin əvvəlində Azərbaycan əhalisi 9,8 milyon nəfər təşkil edib, noyabrın 1-nə isə 9 883,3 min nəfərə qədər artıb.

Nazir bildirib ki, əhalinin orta yaşı 32,3 təşkil edir: “0-14 yaş arası vətəndaşlar əhalinin 22,6 faizini, 14-29 – 25 faiz, 30-74 yaş arası isə 46,1 faizini təşkil edir. 65 və yuxarı yaşda olanların payı isə 6,3 faizdir”. (Trend)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …