Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Əbülfəz Məlikovun şübhəli və olduqca təhlükəli BİZNES ƏLAQƏLƏRİ – ŞOK İDDİA

Əbülfəz Məlikovun şübhəli və olduqca təhlükəli BİZNES ƏLAQƏLƏRİ – ŞOK İDDİA

Son günlər Azərbaycana qarşı kənar təxribatların artması müşahidə olunsa da, bu yöndə ölkəmizin hüquq-mühafizə orqanlarının gərəkən və vaxtında gördüyü tədbirlər hər bir düşmən qüvvənin son nəticədə yerində oturdulması ilə nəticələnməkdədir. Elə Gəncə olaylarının arxasında kimlərin dayanması və bu hadisələrlə bağlı atılan sərt addımları qeyd olunan qəbildən hesab etmək olar.

Bununla bağlı DİA.AZ-a olduqca maraqlı açıqlamalar verən mötəbər mənbə iddia edir ki, əslində uzun zamanlar Azərbaycanda şəbəkələşməyə müvəffəq olan təhlükəli qüvvələrin əllərində iqtisadi rıçaqlar da yetərincədir. Bu yöndə isə gömrük orqanlarının buraxdığı yanlışlıqlar və nəticədə həmin düşmən qüvvələrin xüsusi imkanlar əldə etməsi də iddia olunmaqdadır.

Məlumatlı mənbə dia.az-a açıqlamasında iddia edir ki, zamanında Azərbaycan gömrüyünün qara bəlası kimi dəyərləndirilən “Trans Broker” MMC və onun rəhbəri olmuş, hazırda “Gilan” Holdinqdə “gizlənən” Əbülfəz Məlikov fəaliyyətdə olduğu müddətdə təkcə gömrük sisteminin işini iflic etməyib, eyni zamanda Azərbaycan üçün təhlükəli hesab olunan qüvvələrlə də müəyyən iş birliyinə gedib.

Bu ağır ittihamı səsləndirən mənbəyə görə, Əbülfəz Məlikovun “Trans Broker” şirkətinin xətti ilə məsələn, İrandan ayrı-ayrı şübhəli şəxslərə aid yüklər rahatlıqla Azərbaycan əraizisinə daxil olub ki, hazırda bu kimi fəaliyyətlər imkansızdır.

Mənbənin dia.az-a öylədikləri: “Əbülfəz Məlikov o qədər pula meyilli adamdır ki, o, hətta düşmən Ermənistanla sıx ticarətdə olan xarici şirkət rəhbərlərinin də Azərbaycanda təmsilçiliyini edib, onların biznesini ölkəmizdə çiçəkləndirib”.

Xatırladaq ki, dünən Əbülfəz Məlikovun həbsi xəbəri də yayılmışdı. Bununla bağlı danışan mənbə bildirir ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova sığınan Əbülfəz Məlikov əslində çoxdan həbs olunmalıdır: “Amma hələlik həbsdə deyil, “Gilan” Holdinqdədir və hazırda xarisdə olmalıdır. Amma onun da qara günlərinin yaxınlaşacağı istisna deyil…

Dia.az bildirir ki, mənbəmiz Əbülfəz Məlikovun şübhəli və təhlükəli biznes əlaqələri ilə bağlı da maraqlı faktlar təqdim edibş Həmin məlumatları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …