Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Əbülfəz Elçibəy barədə də əxlaqsız yazıları özü yazırdı” – Fazil Mustafadan adsız ittiham

“Əbülfəz Elçibəy barədə də əxlaqsız yazıları özü yazırdı” – Fazil Mustafadan adsız ittiham

“Azadlıq” qəzetində bu gün “O sözləri İlham Əliyev desəydi” başlıqlı yazıda ad çəkməsələr də ifadələrimə işarə edərək yenə əleyhimə bir cızmaqara verilib. Müəllifi Akifdir. Ümumiyyətlə bu qəzetdə Akif, Həsən, Hüseyn, Nargilə, Suğra, Bənövşə adlı müəlliflərin hamısı əslində bir nəfərdir. Özünü ölkədə hakimiyyətə alternativ göstərmək istəyən şəxs həyatı boyu öz imzası ilə önümüzə çıxmadı. Əbülfəz Elçibəy barədə də əxlaqsız yazıları Xədicə, Məhluqə adları ilə özü yazırdı. Çünki adamın şəxsiyyətinin naqisliyi kimi, üslubunun da naqisliyini çox yaxşı sezə bilirik. Bunlar öz yerində. Necə deyərlər, bu tazının hansı ovu gətirəcəyini əvvəlcədən bilirik. Ancaq məsələ burasındadır ki, əsas cavab mövzusunu da bu cahillər qatıb-qarışdırıblar. Demək hamının gözü qarşısında mən, guya hansısa dövlət qurumunun müdafiəsi üçün fikir bildirməmişəm. Bu mübahisənin məğzini izləyənlər yaxşı bilirlər ki, sadəcə bu cahillərə irad bildirən REAL-çı N.Cəfərlinin yazdığı tənqidi statusa dörə sürü halında onu hakimiyyətə işləməkdə ittiham etməyin neobolşevizm olduğuna diqqət yönəltmişəm. İndi “Azadlıq”da Akif (və ya olsun Xədicə- yəni ikisi də eyni adamdır) yazır ki, guya məqsədim “gömrük şefini” müdafiə etməkdir. Qorxudan adını da çəkmirlər, ancaq açıq-aşkar Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu nəzərdə tuturlar. General-polkovnik Kəmaləddin Heydərovla qarşılıqlı normal münasibətlərimiz var. Lakin, nə nazir Heydərovun hansısa müdafiəyə ehtiyacı var, nə də mənim belə bir missiyam var. Nə isə cızmaqara yazmısınız, Gömrük Komitəsi də ictimaiyyətə normal açıqlama verib, narazı qalmısınızsa, təkrar yazın, onlar da cavab versinlər, bundan mənə nə. Mənim bu qurumlarla nə əlaqəm var? Yaxından, uzaqdan mənə qohumluğu çatan bircə nəfər şəxsin belə Gömrük Komitəsində və ya Fövqəladə Hallar nazirliyində çalışdığını tapıb yaza bilsəniz, sizə xüsusi mükafat da verə bilərəm. Xülasə, sözümün canı budur ki, ey cəbhəçi adlanan məxluqlar, əgər hakimiyyətə gəlmək xülyası ilə yaşayırsınızsa, heç olmazsa böhtan və yalan əvəzinə doğru informasiyalar əldə edib nəticə çıxarsanız, bəlkə də uzun ilərdir artımı olmayan ağlınızı bir misqal artıra bilərsiniz.

Fazil Mustafa, millət vəkili

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın