Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Əbülfəs Qarayevin ayağının altını qazan FOTOLAR

Əbülfəs Qarayevin ayağının altını qazan FOTOLAR

Ölkə bütün inzibati və maliyyə resurslarıyla Birinci Avropa Oyunlarına köklənib. Vəziyyət o həddə çatıb ki, hətta bir vəzifəli məmurdan hansısa suala cavab istəyəndə, yaxud bir fəhlə iş üçün kiməsə ağız açanda, biri o birindən borc pul istəyəndə deyilir ki, qoy Birinci Avropa Oyunları keçirilsin, sonra…

Təbii ki, məmurlar da belə bir həssas dönəmdə ölkə rəhbərinin qəzəbinə gəlməmək üçün dəridən – qabıqdan çıxırlar, hər vəchlə bütün gücləriylə bu oyunların nöqsansız keçirilməsi üçün çalışdıqlarını isbatlamağa çalışırlar…
Bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də özünə yaxın bildiyi media quruluşlarının rəhbərlərini başına toplayaraq az qala onlara yalvarırdı ki, heç olmasa bu ərəfədə tənqidi yazılarını saxlasınlar, gördükləri nöqsanları və eyibləri ictimailəşdirməsinlər. Amma təbii ki, bu təklif Moderator.az-a şamil olunmur və biz on minlərlə turisti qəbul etməyə hazırlaşan Bakının gözdən-könüldən uzaq yerlərindəki nöqsanları indidən ictimailəşdiririk ki, bəlkə sonradan millət olaraq rüsvay olmayaq. Çünki kim zəmanət verə bilər ki, Bakıya oyunları izləməyə gələn əcnəbi turistlər şəhərin mərkəzlərindən başqa ətraf zonalara da təşrif buyurmayacaq? O zaman bu gözəlləşdirmə kampaniyasının yalnız onları aldatmaq olduğunun üzə çıxmasının hansı fəsadlara yol açacağını hesablamaq çətin deyil. Yəni əcnəbi turist qayıdıb desə və harda yazsa ki, Bakı üstü bəzək, altı təzək bir şəhər imiş, o zaman çəkilən xərclər də batdı, piar kampaniyalarına sərf edilən zəhmət də…
Odur ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki guya uşaqlar üçün nəzərdə tutulan, amma içəri daxil olanda adamı vahimə basan park adlı bu eybəcərliyin fotolarını oxucuların və hörmətli nazir Əbülfəs Qarayevin diqqətinə çatdırmaq istəyirik ki, indidən əncam çəksinlər.
Xəbərə dair fotolar

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın