Ana səhifə / Sosial / ​Qubad İbadoğlu: “Vurğun Əyyubun kənarlaşdırılması Müsavat Partiyasının tarixi üçün ləkədir”

​Qubad İbadoğlu: “Vurğun Əyyubun kənarlaşdırılması Müsavat Partiyasının tarixi üçün ləkədir”

“Vurğun Əyyubun Müsavat Partiyasından kənarlaşdırılması barədə qərarın qəbulu göstərdi ki, qərarın sifarişçiləri partiyanı demokratik deyil, qisasçı təfəkkürlə, qrup maraqları çərçivəsi ilə idarə etməkdə davam edirlər. Belə qərarlar Müsavatın bu günü üçün rüsvayçılıq, tarixi üçün ləkə, gələcəyi üçün təhlükədir”.

Bunu “Report”a açıqlamasında Müsavat Partiyasından kənarlaşdırılan başqanlğa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

O, Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi barədə qəbul olunan qərara münasibət bildirərkən qeyd edib ki, partiya rəhbərliyi “rəqiblərin cəzalandırılması və qisas alınması” kodu altında reallaşdırılan siyahı hazırlayıb: “Müsavat Partiyasında baş verənlərdə bizim üçün yeni bir şey yoxdur. Əslində, kimin hansı ardıcıllıqla və hansı strukturlarda partiyadan çıxarılması və ya cəza verilməsi qurultaydan dərhal sonra Divanın iclasları hələ köhnə başqanın otağında aparılanda müəyyənləşdirilmişdi. Bir çox səbəblərdən Vurgun bəylə bağlı qərar ləngiyirdi. Çünki, aşağılar yuxarıların tapşırığını icra etməkdə tərəddüd edirdilər. Nəhayət, Müsavat Partiyasında rəhbərliyi mənimsəyənlərin göstərişləri və aşağıların prosedurları əsasında partiyanın Bərpa Mərkəzinin üzvü, onun quruculuğunda və inkişafında 25 ildən çox dəyərsiz xidməti olan görkəmli ziyalı Vurğun Əyyub da partiya sıralarından uzaqlaşdırıldı. Gündən-günə kiçilən və avtoritarlaşan partiyanın bu tip qərarlarına həm ləyaqətli partiya üzvləri və həm də dəyərli ictimaiyyət nümayəndələri laqeyd qalmayacaqlar”.

Xatırladaq ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin sonuncu toplantısında Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib. Qərarın qəbulu zamanı V.Əyyubun iclaslara qatılmaması və üzvlük haqqını ödəməməsi əsas göstərilib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın