Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Sosial / “Əvvəllər torpaq alverini bələdiyyələr edirdi, indi yerli icra orqanları edir”

“Əvvəllər torpaq alverini bələdiyyələr edirdi, indi yerli icra orqanları edir”

“Maddi-məsul şəxslərin məsuliyyətə cəlb olunması və onlara qarşı müəyyən addımların atılması dövlət postundan istifadə edərək korrupsiya ilə məşğul olan qüvvələrin sarsıdılmasına xidmət edir. Bütün hallarda bu addımlar dəstəklənməlidir”.
Bunu millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib.
“Çünki, bəzi üzdəniraq məmurların yaratdığı çirkin aura dövlətimizin və cəmiyyətimizin imicinə güclü zərbə vurur. Çox təəssüf ki, uzun illərdir ki, ölkəmizdə torpaq alveri davam edir. Əvvəllər bunu bələdiyyələr edirdisə, indi bu işlə yerli icra orqanları məşğuldur. Son həbslər də göstərir ki, hələ də biz özümüzə normal bir hüquqi mexanizm qura bilməmişik”, – F.Mustafa qeyd edib.
Qeyd edək ki, son iki gündə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad və Tərtər rayon icra hakimiyyətlərində əməliyyat keçirib. Hər iki rayonun baş memarı saxlanılıb.

Həmçinin oxuyun

Saxta qızılla bağlı şikayətlər artır: Fərqi necə anlaya bilərik? – VİDEO

Qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır. Xezerxeber.az-ın məlumatına görə, bu hal son zamanlar ölkənin əmtəə …