Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / “Əslində bizi və xalqı fırladırlar” – Deputat

“Əslində bizi və xalqı fırladırlar” – Deputat

Millət vəkili Yevda Abramov Milli Məclisin bugünkü plenar iclasında yenidən sərt çıxışı ilə yadda qalıb. 

“Qafqazinfo”nun məlumatına görə, o çıxışında qeyd edib ki, “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmir: “Valyutadəyişmə məntəqələrinin sayını azaltmaq lazımdır. Amma 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və “Primorski”də öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi?!

Mən qeyd edim ki, babalarımızın, nənələrizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada  saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur. Ona görə də mən bu qanuna ikiəlli, ikibarmaqlı səs verəcəm”.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …

Bir cavab yazın