Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Əsil dövlət çevrilişi qabaqdadır – Politoloq

Əsil dövlət çevrilişi qabaqdadır – Politoloq

Açığı, Türkiyədə Ərdoğanın prezident üsul-idarəsi sistemini bərqərar etməsinə doğru can atmasına ölkənin müəyyən kəsimlərində etirazlar var. Bu etirazlar ordunun içərisində də var, ancaq onlar elə də böyük deyillər.

Bu sözlər politoloq Qabil Hüseynlinin Axar.az-a açıqlamasında yer alır. Sabiq dövlət müşaviri bildirib ki, gələcəkdə Türkiyədəki hərbi çevriliş cəhdinin təhqiqi prosesdə birbaşa əli olan bir çox qüvvələrin iştirak etdiyini üzə çıxaracaq:

“Düzdür, ordu hərəkətə keçdi və hakimiyyəti ələ almaq istədi. İlk vaxtlar onların işi pis getmədi və əllərində kifayət qədər hərbi qüvvə olsa da, böyük plan iflasa uğradı. Bütün bunlar onu göstərir ki, çevrilişə cəhd etmək istəyən qüvvələr çox ciddi planlar üzrə hərəkət ediblər. Bu qüvvələrə xaricdən dəstək də istisna deyil. Bu nöqteyi-nəzərdən gələcəkdə Türkiyədəki hərbi çevriliş cəhdinin təhqiqi prosesdə birbaşa əli olan bir çox qüvvələrin iştirak etdiyini üzə çıxaracaq, bax, əsil çevriliş o zaman olacaq”.

Politoloq Türkiyədəki dövlət çevrilişinin arxasında gülənçilərin dayanmadığını deyib:

“Türkiyə hökuməti onsuz da onları dəfələrlə “paralel yapı”, müxtəlif siyasi kompaniyalar adı altında çökdürüb. Ölkədə onların elə bir qüvvəsi qalmayıb. Bu qədər böyükmiqyaslı planı gülənçilər təşkil etməyə qadir deyillər. Çünki onların nümayəndələri yox dərəcəsindədir”.

Q.Hüseynlinin sözlərinə görə, baş verənlərdən Türkiyə hökuməti çox ciddi qərarlar almalı olacaq:

“Türkiyə dövlət çevrilişinə xalqın ayağa qalxmasıyla qalib gəldi. Xalq Türkiyə dövlətçiliyi üçün şüurlu surətdə meydanlara çıxdı və demokratik hakimiyyətini qoruyub saxladı. Bu, türk xalqının Ərdoğana böyük etimadıdır. Hökumət bundan sonra atacağı addımları ciddi ölçüb-biçəcək”.

Politoloq əlavə edib ki, Türkiyənin etibarını zədələmək istəyənlər, ölkədə vətəndaş müharibəsi planları cızanlar qardaş ölkəni xaosa sürükləməklə çox təhlükəli hadisələrə imza atmaq istəyirdilər:

“Türkiyədə məhz siyasi şüur yüksək olduğundan xalq qalib gəldi və ordunu neytrallaşdırdı. Kimsə qələbəni öz adına yazmamalıdır. Maraqlı məqam isə odur ki, bütün siyasi partiyalar, hətta HDP belə dövlət çevriliş əleyhinə birləşdi. Bu, çox vacib idi”.

Qeyd edək ki, dünən qardaş Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, bunun qarşısı alınıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın