Cümə , Fevral 3 2023
Ana səhifə / Sosial / Ərzağın qiyməti 19,4 faiz artıb, yaşayış minimumu isə 17,1 faiz artır

Ərzağın qiyməti 19,4 faiz artıb, yaşayış minimumu isə 17,1 faiz artır

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Bu isə o deməkdir ki, gələn il yaşayış minimumunun məbləği ölkə üzrə 17,1% manat, əmək qabiliyyətli əhali üçün 18,6%, pensiyaçılar üçün 13,1%, uşaqlar üçün 14% artırılır.

Məlumat üçün bildirək ki, yaşayış minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur.
Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar (inflyasiya) minimum istehlak səbətinin dəyərini də artırır.
Açıqlanan sonuncu rəsmi məlumata görə, 2022-ci ilin ilk 10 ayında ərzaq məhsullarının qiyməti əvvəlki ilin eyni dövrünə nisbətən 19,4 faiz artıb.
Rəqəmlərdən də göründüyü kimi qiymət artımı yaşayış minimumunun artımını üstələyir.

Həmçinin oxuyun

“Bunu necə hesablamısınız?” – İqtisadçıdan qiymət artmına ETİRAZ – VİDEO

TV Müsavat-ın canlı efirinin qonağı iqtisadçi ekspert Natiq Cəfərli olub. Natiq Cəfərli verilişdə qiymət artımından …