Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Ərizə necə yazılmalıdır?

Ərizə necə yazılmalıdır?

Müraciət etmək, “ərz” mənasında işlənir.  Ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.

Ərizəyə verilən tələblər aşağıdakılardır:

  • Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
  • Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.
  • Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.
  • Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.

Ərizənin yazılış forması belədir:

  • Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun vəzifəsi,  adı, atasının adı və soyadı qeyd olunur.
  • Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.
  • Vərəqin ortasında böyük hərflə “Ərizə” sözü yazılır.
  • Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.
  • Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.

Nümunə

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …