Ana səhifə / Sosial / Ərdoğanla Putin Bakıda danışıqlar aparıb

Ərdoğanla Putin Bakıda danışıqlar aparıb

Rusiya prezidenti Vlaimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Bakıda danışıqlar aparıblar. Musavat.com ria.ru-ya istinadən xəbər verir ki, danışıqlar qapalı rejimdə, mediasız keçib.
Rusiya tərəfdən danışıqlarda prezidentin köməkçisi Yuru Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, “Rosatom”un rəhbəri Sergey Kiriyenko və “Qazprom”un başçısı Aleksey Miller iştirak ediblər.
Danışıqların yekunu haqda hələlik məlumat verilmir. Görüş ərəfəsində media üçün çəkiliş zamanı Ərdoğan I Avropa Yay Oyunlarının açılışına Avropa Birliyi liderlərindən heç kəsin gəlmədiyini qeyd edib.
Öz növbəsində Putin bildirib ki, “Türkiyə Avropa Birliyi üzvlüyünə namizəd olduğu üçün bütün Avropa Birliyini təmsil edib”.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın