Ana səhifə / Sosial / Ərdoğan Rövnəq Abdullayevi qəbul edib

Ərdoğan Rövnəq Abdullayevi qəbul edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edib.

Qafqazinfo“ya daxil olan məlumata görə, toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR rəhbərini qəbul edib. Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Türkiyə PrezidentiSOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə Prezidenti SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirmiş, yatırımlarının əhəmiyyətini qeyd etmiş və fəaliyyətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. SOCAR prezidenti Rövnəq Abdullayevşirkətin fəaliyyətinə verilən dəstək üçün təşəkkürünü bildirmiş, bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləyib, Türkiyə Prezidentini əmin edib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq.

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın