Ana səhifə / Sosial / Ərdoğan islam dünyasını Myanma müsəlmanlarına kömək etməyə çağırdı

Ərdoğan islam dünyasını Myanma müsəlmanlarına kömək etməyə çağırdı

İslam Əməkdaşlıq Təşkilatının İƏT) Astanada keçirilən elm və texnologiyalar üzrə sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsdə islamın müqəddəs yerlərinə qarşı təxribatların qarşısının alınmasında və Myanma müsəlmanlarına münasibətdə dözümlü olmağa çağırıb.

“Anadolu”nun məlumatına görə, Ərdoğan bildirib ki, İƏT ölkələri Əl-Əqsa məscidinə qarşı hörmətsizlik, təhrik və təxribatların istənilən formalarının qarşısının alınması ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirməlidirlər.

Ərdoğan Türkiyənin regionda baş verən humanitar dramın qarşısının alınması məqsədilə Banqladeş və Myanma hakimiyyətləri ilə əməkdaşlıq etməyə hazır olduğunu da bildirib: “Myanmada müsəlman qardaşlarımız qəddar rəftarla qarşılaşırlar, onları öz evlərini tərk etməyə məcbur edirlər. Biz onlara qarşı bu haqsız münasibətin qarşısını almaq üçün səy göstərməliyik. Bu insan dramının qarşısını almaq məqsədilə Myanma və Banqladeş hökumətləri ilə birlikdə işləmək istəyirik”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın