Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ərdoğan İlham Əliyevə zəng etdi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmiş, xalqımıza firavanlıq arzularını çatdırıb. Qoy, bu bayram Azərbaycan xalqına firavanlıq, xoşbəxtlik və səadət gətirsin.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Xəbərdə o da deyilir ki, dünən axşam reallaşan telfon zəngində Ərdoğan bir sıra İslam ölkələrinin prezidentlərinə də zəng edib. O, Myanmarda müsəlman qırğınına görə islam ölkələrinin prezidentlərini birləşməyə və humanitar böhrandan çıxış üçün ortaq səy hazırlanmasının həmiyyətini də vurğulayıb.
unikal.org

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın