Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ərdoğan Gəncəyə yox, Bakıya səfər edəcək – RƏSMİ

Ərdoğan Gəncəyə yox, Bakıya səfər edəcək – RƏSMİ

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının keçiriləcəyi şəhər dəyişdirilib

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçiriləcəyi yer dəyişdirilib.
Türkiyənin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, Gəncədə keçirilməsi nəzərdə tutulan görüş Bakıda olacaq.
Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub.
“Əvvəlcədən xəbər verildiyi kimi, iclasda iştirak etmək üçün fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək”, – səfirlikdən bildirilib.
Musavat.com-a daxil olan məlumata görə, Türkiyə prezidenti R.T.Ərdoğanın Gəncə səfəri təhlükəsizlik səbəbilə gündəlikdən çıxarılıb. Gəncə şəhəri cəbhə bölgəsinə yaxın olduğu üçün toplantının paytaxt Bakıda keçirilməsi məqbul hesab olunub.
Musavat.com-un əməkdaşı bu məlumatı dəqiqləşdirmək üçün Türkiyənin Bakıdakı səfirliyi ilə əlaqə saxlayıb. Türkiyə səfirliyindən prezident R.T.Ərdoğanın Gəncəyə deyil, Bakıya səfər edəcəyini təsdiqləyiblər.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın