Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Ərdoğan bir az da gec tərpənsə hakimiyyət əldən gedirdi…” – Millət vəkili

“Ərdoğan bir az da gec tərpənsə hakimiyyət əldən gedirdi…” – Millət vəkili

Almaniya “Bundestaq”ı bir həftəyə yaxındır qondarma soyqırım iddiasını təsdiqləyib. Məsələ ilə bağlı günbəgün daha ciddi polemikalar açılır. Proqnoz verənlər, mövzuya kəsə girənlər, üzdən sığallayıb yandan keçənlər də hər zaman olduğu kimi “n” qədər. 
Türkiyənin təkləndiyi dəqiqdir. Onu çökdürmək üçün həlqəvari, kompleks plan cızılıb. “İş” gedir: Təyyarə olayı da açıq təhrikə hesablanmışdı. “Gəzi Parkı” iğtişaşı da öncədən düşünülmüş trayektoriya xətti ilə irəlilədi. “Ergenekon” da kənardan idarə olunan proses idi. Ardıcıl terror əmrləri də eyni ünvandan gəlir. Kürdlər də Parlamentə bəlli qüvvələrin mənəvi və maddi dəstəyi ilə seçilib. Sair, ilaxır…
 
Dövlət, lider isə yerindədir. Çökmür ki, çökmür…
Avropa Birliyi qardaş ölkəyə rəsmi üzvlük statusu verməkdən imtina edib. Düz 10 il boyunca. Hər dəfəsində də müxtəlif bəhanələr gətirərək. Amma niyəsə özünə sərf edəndə onun ailə üzvü kimi davranmasını istəyir. Məsələn, Rusiyaya qarşı. Təbii, bu məqamda “xeyir ola?!! – ritorikası işə düşür, vəziyyət daha da kritikləşir və…bir baxırsan ki, ssenaristlər fors-majoru, ekstrim vəziyyətlər üçün “B”planı cızmağı da unutmayıblar. Və ya sual edirəm: Rusiya səmaya təyyarə qaldırıb Türkiyənin əsəbləri ilə niyə oynamalı idi? Niyə edəydi ki, bunu? Həm də durduq yerdə. Ayrıca, unutmayaq: Avropa Şurasından belə bütün nüfuzlu beynəlxalq təşkilatların sanksiyaları ilə üzbəüz qalan, tam bir diplomatik, iqtisadi həlqə ilə əhatələnən Rusiyanın həmin an Çindən sonra ən böyük tərəfdaşlarından biri məhz Türkiyə idi. Putin belə bir şeyə necə qol qoyardı ki?
 
Səbəb açıqdır: Qərb Rusiya ilə Türkiyənin arasını bir şəkildə vurmağın yolunu tapdı. Bunun üçün “Suriya müxalifəti” faktoru işə salındı, türkün milliyyətçi ruhu, onun hansı məsələlərdən hiddətlənə biləcəyi çox gözəl hesablanaraq “sərhəddə kürdün fəaliyyətini nizamlayan ruslardır” – formatında süni ajiotaj yaradıldı, gec olmadan da ictimai rəyə sızdırıldı (oysa, nəinki kürd, hətta Krım məsələsində belə sırf Türkiyəni incitməmək naminə Rusiya tatarlara qarşı son dərəcə incə davranmışdı). Ardınca da təyyarə. İki cəhd, üç cəhd və… sonucda vurulur. İstintaq isə düz 2 ay 21 gün sonra müəyyən edir ki, təyyarənin pilotları elə həmin o 2-ci və 3-cü cəhdi heç bir təlimat olmadan özbaşına edib. Üstəlik, “özbaşına” pilotlar demə, həm də (!) hərbi hava qüvvələrinə düz 3 ay öncə yerləşdirilibmiş, hər ikisi tam Qərb təhsilli imiş, son bir həftə ərzində “skayp” üzərindən şifrəli mətnlərlə + istintaqın hələ də müəyyən edə bilmədiyi dairələrlə yazışıbmış…
Qərb Türkiyəni niyə sevmir? Çünki Ərdoğan sözə baxmır. Vəssalam. Cavab bu qədər bəsitdir. Düzdür, belələri çox olub Türkiyə siyasətində. Amma uzağı 5 il. Anındaca bərli-bəzəkli “torba” ilə yola salınıblar. Ərdoğan isə əməlli baş ağrısıdır. Bacarmırlar onunla. Adama qarşı sözün əsl mənasında bütün riyakarlıqları sıralayıblar. Davamı da gəlir. Amma dediyim kimi, bacarmırlar.
“Gəzi Parkı”olayını xatırlayın. Xatırlayın və çözməyə çalışın. Bu münaqişəyə səbəb axtarın. Tapmayacaqsız. Həmin an Türkiyədə taksi sürücüsündən, kokorec satanından tutmuş ziyalısına, aliminə qədər – hər kəs Ərdoğana qarşı nifrət püskürürdü. Amma bir az da sakitləşən kimi sanki gipnotik vəziyyətdən ayılaraq real həyata qayıdırdı. Əməlində məzmun tapa bilmirdi. Əlqərəz, növbəti dəfə eyni “Ukrayna üsulu”na, Qərbin beyin institutlarının “milliyyətçi  damara işləmə mexanizmi”nə start verilmişdi. Və Ərdoğan bir az da gec tərpənsə nəinki hakimiyyət, bütövlükdə Türkiyənin özü əldən gedəcəkdi. Amma türk liderin Yanukoviçdən həmin an tək fərqi bu idi ki, o, ölümü gözə aldı, qaçmadı, xalqın əhəmiyyətli kəsiminin tutqun gözlərini açmağı dabana tüpürüb aradan çıxmaqdan daha üstün tutdu…
Ərdoğan ona görə Ərdoğandır!
Qərb və Avropanın əsas da son 5 ildə cavab tapmadığı düşüncə dilemması isə budur: Türkiyə niyə söz sahibi, dünya siyasətinə alternativ və bu qədər güclü olsun? 
Türkiyənin “şişməsi” bizim hansı boşluqlarımızdan, səhvlərimizdən qaynaqlandı? Ona görə artıq Türkiyə ilə bağlı məqamları, Türkiyəni gücləndirə biləcək ən xırda detalları da hesablama məcburiyyətindədirlər. Bəzən hətta öz siyasi maraqlarına belə sipər çəkərək. Və ya diqqət edin. Sadə bir təsbit: Qərb niyə İŞİD-i ortalığa buraxdı? Olmazdımı ki, elə ona ayrılan pullar Suriya müxalifətinə yönləndirilsin və Əsəd də daha rahat devrilsin? Olardı, təbii. Amma tək bir əmma ilə: onda da Türkiyə güclənəcəkdi. Çünki Suriya müxalifətinə Türkiyə qədər təsir edə biləcək ikinci qüvvə yoxdur, onlar hakimiyyətə gələcəyi təqdirdə isə Qərb üçün bir tafotu olmayacaqdı. Ha Əsədin nəzarəti, ha Ərdoğanın. Hətta ikinci daha pis. Ona görə güc nisbətini, balansını tənzimləmək üçün İŞİD bir an içində meydana atıldı.
İndi gələk qondarma soyqırım söhbətinə…
Əvvəla, ondan başlayım ki, bu saxta iddianı daha öncə rəsmiləşdirən dövlətlərlə Almaniyanın müqayisəsi kökündən yanlışdı. Yəni kim eləsə də, Almaniya bunu eləməməli idi. Üstəlik, həm də sırf öz maraqları kontekstindən. Amma “gözəgörünməz əl” bunu belə bacardı  və qurşaqdan aşağı zərbə metodu ilə bir-birinə bütün sferalarda yaxın olan iki dostu anındaca düşmənə çevirdi. Eynən Rusiya məsələsindəki dəsti-xətt ilə. Türkiyəni təkləmək üçün.
Hər halda Almaniyanın saxta soyqırımı tanıma səbəbi bütün hallarda onu tanımama səbəbindən ən az milyon dəfə daha azdır. Bir neçəsini sadalayaq:
Almaniya ilə Türkiyə dünya müharibələrində müttəfiq olub və eyni adlı soyqırım faktı nəzəri cəhətdən varsa belə (hərçənd olmadığı dəqiqdir) öhdəliyin bir hissəsi də avtomatik olaraq Almaniyanın üzərinə düşür.
Almaniya bəşəriyyət tarixində bu günə qədər ən böyük soyqırımı törədən, həmin soyqırımı etiraf edən, Tribunal qərarı ilə on illərdir təzminat ödəyən İLK, bu haqda danışma haqqı olan isə ən SON  dövlətdir.
Türkiyə ilə Almaniya arasındakı ticarət əlaqələrinin dövriyyəsi Almaniya adına ümumi büdcənin 65 faizini (!) təşkil edir. Üstəlik, Almaniya banklarındakı əmanət pullarının 63(!), restoran və tikinti sahəsinə qoyulan sərmayənin 49 (!) faizi türk iş adamlarına aiddir.
Almaniyada on milyonlarla türk yaşayır. Təxminən 27 milyon türk alman əsilli xanımla ailə qurub.
Görün indi bu qədər məlum və qeyri-məlum səbəbiyyət faktorunun üzərindən keçmək üçün sifariş nə qədər mötəbər mənbədən ya da şəxsdən gəlməli imiş. Ki, Bundastaq belə bir qorxunc, perspektivsiz, mənasız konfliktə getsin…
P.S. Hansısa lamisə orqanı ilə yüz il öncənin hadisələrindən duyuq düşən, 20 il öncənin Xocalı adda faciəsini isə görməzdən keçən dünyaya “demokratik dünya” deyilir. 
Buqələmunlar! 
 
Elşən Musayev, Milli Məclisin deputatı

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın