Ana səhifə / Sosial / Ərəstun Oruclu: “Anar Məmmədovun təşkilatını ABŞ bağlayıb”

Ərəstun Oruclu: “Anar Məmmədovun təşkilatını ABŞ bağlayıb”

Mərkəz rəhbərindən ilginc açıqlama

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Anar Məmmədovun yaratmış olduğu və ABŞ-da Azərbaycan hakimiyyəti üçün lobbiçilik edən Azərbaycan-Amerika Alyansı fəaliyyətini dayandırıb. Yayılan məlumatlara görə buna səbəb Məmmədovların düşdüyü çətin maliyyə durumu olub.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, əslində səbəb maliyyə ilə bağlı deyil, səbəb başqadır: “Heç bir halda bu qərarı Anar Məmmədov özü təkbaşına verə bilməzdi. Cəmi bir həftə əvvəl Anar Məmmədovun öz adından məlumat yayıldı ki, o, ABŞ-a yollanır və Alyansın fəaliyyətini daha da gücləndirəcək. İndi birdən məlumat yayılır ki, Azərbaycan-Amerika Alyansının fəaliyyəti dayandırılıb. Bu, ABŞ-ın Azərbaycan hakimiyyəti ilə bağlı atdığı addımdır. Azərbaycanda son vaxtlar çoxlu sayda ABŞ təşkilatları bağlanıb, onlar haqqında cinayət işi açılıb.
İndi ABŞ qarşılıqlı cavab verir. Bununla demək istəyirlər ki, Azərbaycanın belə addımlarına adekvat cavab verməmək sonsuza qədər davam eləyə bilməz. ABŞ-ın Rusiyaya yaxınlaşan region dövlətləri ilə bağlı konkret addımlar atması dönəmi başlayıb. Azərbaycan-Amerika Alyansı da buna görə bağlanıb. Həmin təşkilatın bağlanması təşəbbüsü böyük ehtimalla Amerika tərəfindən olub. Düşünürəm ki, qarşıdakı dönəmdə biz bu tip addımların davamını görəcəyik. Görünür, artıq Qərb yerinə yetirilməyən, arxasından qaçılan vədlərdən yorulub və qarşılıqlı addımlara keçib”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın