Şənbə , May 21 2022
Ana səhifə / Sosial / Ərəb şeyxinə ərə getmiş azərbaycanlı atlet məhkəmə qarşısında: uşaqları əlindən alınır – FOTO

Ərəb şeyxinə ərə getmiş azərbaycanlı atlet məhkəmə qarşısında: uşaqları əlindən alınır – FOTO

Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərindən biri ilə evli olmuş azərbaycanlı gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq.

O, məhkəməyə keçmiş əri, Dubay əmirinin qardaşı oğlu Şeyx Səid Əl Məktum tərəfindən verilib. Onun məhkəmə iddiasında 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi göstərilib.

Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Qeyd edək ki, Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var.

Bildirək ki, bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu.

Məlumata görə, Zeynəb hazırda da təhdid altında yaşayır, o, uşaqlarını Dubaydan çıxara bilmədiyinə görə vətənə dönə bilmir.

Zeynəbin başına gələnlərlə bağlı yaxın günlərdə məlumat dərc edəcəyik…

Həmçinin oxuyun

“Bir baş nəşəyə görə” həbs etməyəcəklər, amma…

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Bunun üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik …