Ana səhifə / Sosial / “Əməkhaqqı 203 manat nəzərdə tutulub” – İşaxtaranların nəzərinə

“Əməkhaqqı 203 manat nəzərdə tutulub” – İşaxtaranların nəzərinə

“Cari ildə 30 minə yaxın işaxtaran vətəndaşın ödənişli ictimai işlərə götürülməsi nəzərdə tutulub. Artıq yanvar ayında 16 minədək işsiz vətəndaş bu işlərə cəlb edilib. Qalanlarının da fevral ayı ərzində işlərə cəlb olunması gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin Dost agentliyinin “DOST İş Mərkəzi”nin direktoru Niyazi Rəhimov mətbuat konfransında deyib. Bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd ictimai işlərin təşkili və bu işlərə işsiz şəxslərin cəlb olunmasıdır:

“Bildiyimiz kimi cari ildən “İşsizin DOST”u proqramının icrasına başlanılıb. Burada söhbət haqqı ödənən işlərdən gedir və işsizliklə mübarizə proqramıdır. Bu vasitəylə iş axtaran xeyli şəxs müvəqqəti işlərlə təmin olunur.

Artıq 16 minə yaxın vətəndaşlarla əmək müqaviləsi bağlanıb və bu yaxınlarda əmək haqları ödəniləcək. Cari ilin sonuna kimi isə 30 minə yaxın işsiz vətəndaşın ictimai işlərə cəlb olunması gözlənir.

Yerli icra orqanları və bu kimi təşkilatlar gündəlik həyata keçirdikləri işlərdən əlavə olaraq ictimai faydalı  işlər təşkil  edirlər ki, bu işlər də xüsusi ixtisas, peşə qabiliyyəti tələb etmir. Bu kimi işlərdə işləmək istəyən vətəndaşlar yerli məşğulluq idarələrinə müraciət edir və orada işsiz kimi qeydiyyatdan keçirlər. 

Vakansiyalar “DOST İş Mərkəzi”nin elektron sistemində yerləşdirilib və məşğulluq idarələrinin əməkdaşları həmin vakansiyaları görür. Uyğun vakansiya üzrə göndəriş verilir və daha sonra göndəriş əsasında iş rəsmiləşdirilir”.

N. Rəhimov onu da qeyd edib ki, vətəndaşlara ictimai yerlərdə işlər təklif olunur ki, onlara da sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən, yaşıllaşdırma işləri, parklara ictimai qulluq və s. daxildir:

“Əməkhaqqı “DOST İş Mərkəzi” tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq müəyyən olunur. Dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılıb və yarıdan çoxu artıq ödənilib. Hər biri üçün nəzərdə tutulmuş ümumi əməkhaqqı fondu 203 manat nəzərdə tutulub və bu da minimum əməkhaqqından yüksəkdir.

Yarım gün, natamam həftə iş qrafiki təqdim olunur. Hazırda 3 min vətəndaş Bakı şəhərində, 13 min isə regionlarda ictimai faydalı işlə təmin olunub”.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …