Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Əmək qanunvericiliyinə dair mexanizm hazırlanır

Əmək qanunvericiliyinə dair mexanizm hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ölkəmizdə səfərdə olan missiyası (layihə üzrə menecer Lili Begiaşvilli və ekspertlər Yan Travers, Florentin Blan, Qedryus Kadziauskas, layihə üzrə məsləhətçi Sabit Abdullayev) ilə görüş olub.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli nazirlik tərəfindən aparılan islahatların mühüm bir istiqamətinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqinə yönəldiyini deyib. Nazir müavini bildirib ki, bu sahədə diqqətdə dayanan məsələlərdən birinin də risk əsaslı yoxlamalar üzrə institisional potensialın, müasir metodologiya və qaydalara əsaslanan təkmil mexanizmin yaradılmasıdır. ƏTRAFLIhunergroup.az
M.Kərimli BMK ilə qeyd olunan istiqamətdə əməkdaşlığın, həmçinin bu əməkdaşlığın davamı kimi, BMK-nın ekspert qrupu ilə nazirliyin aidiyyəti qurumları, o cümlədən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları arasında keçirilən görüşlərin önəmini diqqətə çatdırıb. O bildirib ki, riskə əsaslanan yoxlamalar sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi, müvafiq normativ-hüquqi bazanın hazırlanması üçün müzakirələrin aparılması və təkliflərin bildirilməsi baxımından həmin görüşlər faydalı olub. 
BMK-nın nümayəndələri ölkəmizin əmək müfəttişliyi sistemində aparılan islahatlardan bəhs edib, bu islahatlar prosesində birgə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. 
Görüşdə risklərin qiymətləndirilməsi prinsipi üzrə yoxlamaların hüquqi çərçivəsinin yaradılması və qabaqcıl beynəlxalq təcrübə əsasında praktik mexanizmlərinin qurulması üçün müvafiq iş planı üzrə aparılan işlər və birgə fəaliyyət müstəvisində qarşıda duran vəzifələr müzakirə olunub. 

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …