Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Sosial / Əmək qabiliyyətinin itirilməsinə görə müavinətlə bağlı güzəşt nəzərdə tutulubmu?

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətlə bağlı güzəşt nəzərdə tutulubmu?

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanırmı?

Dövlət Vergi Xidməti xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov əmək qabiliyyətinin itirilməsinə görə hesablanan müavinətlə bağlı Vergi Məcəlləsində hər hansı güzəştin nəzərdə tutulmadığını bildirib: “Amma “Sosial Sığorta haqqında” Qanuna əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır. Həmçinin “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır”.

Ekspert analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına da aydınlıq gətirib. Qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır. “Sosial sığorta haqqında” Qanuna əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilib.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, işsizlikdən sığorta ödənişləri müavinətlərə şamil edilmir. Beləliklə, hamiləliyə və doğuma görə hesablanan müavinət məbləği Dövlət Sosial Müdafiə Fondu tərəfindən işçiyə tam şəkildə ödənilməlidir.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …