Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Əlikram Hümbətov villanın içində “qan qusur”

Əlikram Hümbətov villanın içində “qan qusur”

Namidə BİNGÖL

Cəmiyyətdə düşünən beyin sahiblərinin bir-birinə qarşı aqressiyası müxtəlif səbəblərdən qaynaqlanır.  Hansısa aqressiv baxışların arxasında  əlinə balta alıb kimlərinsə üzərinə yürümək, baş kəsmək qan axıtmaq dayanır. Əslində, cəmiyyətdəki toplum nəyin arxasınca qaçmağa can atdığını bilirmi?

Həftənin siyasi hesabatını təqdim edirəm

Düzdür, manatın devalvasiyasından sonra cəmiyyətin halına acıyanlar çox oldu. Açıq şəkildə “Talana yox” deyən Milli Şura,  bir qrup azarkeşi ətrafına yığıb meydana toplaşdı. Mitinqdən sonra dollar məzənnə məsələsində yerini manata vermədi ki vermədi. Yəni, mitinqin təşkilatçıları valyuta məzənnələrinin stabil hərəkətinə bir əncam çəkə bilmədilər.

Nə olsun ki! “Bəxtinizi bir daha sınayın!” kampaniyası hər zaman aktual olub.  Milli Şura və AXCP birliyi bəxt məsələsini nəzərə alaraq növbəti dəfə mitinq keçirmək eşqinə  düşüb. Amma, mitinq mayın 3-nə planlaşdırılsa da, Bakı Şəhər İcra Hakimiyyəti  tərəfindən mitinqin keçirilməsinə  qadağa qoyulub. Səbəb isə həmin tarixdə başqa tədbirin “Məhsul” stadionunda keçirilməsidir.  Üstəlik,  mitinqin vaxtının mayın 2-nə çəkilməsi təklifini  Milli Şura üzvləri heç cürə qəbul edə bilməyib. Dediklərinə görə bütün hazırlıqlar mayın 3-nə planlaşdırılıbmış.

Məncə, burda elə də ciddi fərq yoxdu. Mayın 3-ü olmasın, 2-si olsun. Övlad toyu deyil ki, dəvətnamə yazılsın, şadlıq evinin behi verilsin. Sonra da hansısa məsələyə görə xeyir işin təxirə salınması  narahatlıq yaratsın. Bu məqamda ən böyük planın pozulması başa düşüləndir.

Milli Şuranın mitinq planına gəlincə, ortaya belə sual çıxır. Əcəba, Milli Şuranın mitinq keçirmək istəyi nəyi özündə ehtiva edir ki, dünən kəsilməyən tortun bu gün kəsilməsi, bütün  planları pozmuş olur?! Hər halda, maraqlıdır.

Bazarlarda  işbazların qurduğu tələyə düşmüşük.

Amma, bu tələdə heç də maraq axtarmaq lazım deyil. O mənada ki, göz görə-görə hərif yerinə qoyulub bəzi işbazların pullu biznes qurmalarına şərait yaradırıq. Özü də elə-belə yox ha! Canımız bahasına.  Görünür, kapitalizm cəmiyyətində kiminsə bıçağının boğazımıza dirənməsinə ehtiyac yoxdu. Çox rahat şəkildə əlimizi cibimizə salıb başımızı qəssab bıçağına təhvil veririk.

Yola saldığımız həftə  Milli Məclisin növbəti plenar iclasında  çıxış edən deputatlar bir çox məsələləri müzakirə etdilər. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə ölkəyə ixrac edilən GMO məhsullarının keyfiyyətindən söhbət açıb. Əslində, deputatın toxunduğu məsələ günümüzün aktuallığını əks etdirir. Amma, nə olsun ki! Hansısa yollarla mağazalarımızın bəzəyinə çevrilən GMO məhsulları açıq şəkildə satış yarmarkalarında at oynadır. Təbii ki, bu cür məhsulların insan orqanizminə təsiri barədə mütəxəssislər zaman-zaman həyəcan təbili çalır. Nədənsə, çalınan təbilin sədaları altında bəzi işbazlar “yallı” getməklə yanaşı, kef görüb dövran sürürlər.  Cəmiyyətdə isə aqressiyanın yaratdığı intiharlar, sağalmaz xəstəliklər çoxalır. Eldar İbrahimov kodu dəyişdirilən məhsulların eyni ölçüdə, eyni formada olmasının mümkünsüzlüyünü vurğulamaqla yanaşı, heç insanların boyunun eyni ölçüdə olmadığını da diqqətə çatdırıb. Doğrudan da, burda paradoksallığın olması istisna deyil. Eldar müəllimin sözünə qüvvət, əlacımız bircə özümüzə qalıb ki, təbii və yerli məhsullar yeməklə özümüzü vaxtsız ölümün caynağından xilas edə bilək.

Sapı özümüzdən olan baltalar və yaxud da….

biləsiniz ki, qanında saxta millətçilik toxumları cücərən satqınların Allahı olmur. Allahı yoxdursa, vicdandan, kişilikdən danışmağa dəyməz.  Bəli, Azərbaycanda bir zamanların müdafiə nazirinin müavini  Əlikram, pardon Ələkrəm Hümbətov olub. Söhbətin əsas məğzinə keçməmişdən öncə, satqın Hümbətovun şanlı olmayan fəaliyyəti üzərindən qara xəttlə keçmək istərdim.

Maraqlıdır ki, qanında zərrə qədər millətinə qarşı mərdlik hissi olmayan biri 1992-93-cü illərdə Müdafiə Nazirliyində müavin postuna yiyələnib. Bunun necə baş verdiyini deyə bilməyəcəm. Demək ki, SSRİ-nin qəyyumu olmaqdan birdəfəlik imtina edən dövlətin tam formalaşmayan ordusu nə adı, nə də milləti  bəlli olmayan birinin ümidinə qalıb. İnanmaq çətin olsa da, yaxın keçmişimizin üzərində Hümbətov adlı qara ləkə var. O qara ləkə ki, sapı özümüzdən olan baltanın elə özümüzə qarşı çevrilməsidir.

Aprelin 24-də qondarma erməni soyqırımının 100 illiyi keçirildi. Bir çox dövlətlərin bəlli siyasətinə bir də tamaşa etdik. Təbii ki, burda din qardaşlığının təzahüründən yaranan yaxınlıq, doğmalıq aydın sezilirdi. Fransanın, Rusiyanın Amerikanın ermənipərəst mövqeyi isə bizə yabançı deyil. Amma sapı özümüzdən olan baltaların düşmən dəyirmanına su səpdiyini görəndə, belələrinin bizdən olması adama utanc verir.

Özünü separatçı  “Talış Muğan Respublikası”nın qondarma prezidenti hesab edən 67 yaşlı Hümbətov ermənilərə qondarma “soyqırım”la bağlı başsağlığı verib.

Avropa küçələrində it kimi didərgin həyat tərzi yaşayan birindən vicdanlı, rəhmli olacağını gözləmək sadəlövhlük olardı. Ola bilsin ki, Hümbətov Avropanın ən gözəl şəhərlərindən birində məskunlaşıb. Komfort həyat sürməsinə də şübhə etmirəm. Amma, satqınların, vicdanı satılmışların, vətəni, milləti satmışların heç yerdə vətəni olmur. Əminəm ki, satqın Hümbətov dəbdəbəli villanın içində “qan qusur”.

Təbii ki, həyat davam edir. Belələrinin çirkin əməlləri qarşısında məyusluğumuzu gizlədə bilməsək də, müzakirə obyektinə çevrilməsinə şərait yaratmamalıyıq.

Təsəvvür edin!. Bir azərbaycanlının gözləri qarşısında Xocalı soyqırımı törədilir və onun tükləri tərpənmir. Amma saxta soyqırım iddiasını ortaya atan erməniyə başsağlığı verir. Bu məqamda əlavə şərhə ehtiyac yoxdur. Azğınlaşmış insanlar heç vaxt aqressiyalarına hakim ola bilmir. O səbəbdən ki, mövqeləri, xislətləri və cəmiyyətdən nə istədikləri bəlli deyil.  Mövcud olduğunu zənn edən, amma heç vaxt mövcud olmayan satqın Hümbətov kimi!

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın