Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Sosial / Əli Kərimlinin müavininin istefasının əsl səbəbi məlum oldu: intriqa

Əli Kərimlinin müavininin istefasının əsl səbəbi məlum oldu: intriqa

AXCP sədrinin müavini Əbülfəz Qurbanlının partiyadan istefa verməsinin səbəbləri məlum olub.

Partiyadakı mənbənin verdiyi məlumata görə, Ə. Qurbanlının istefasına səbəb onunla partiya Ali Məclisinin sədri Həsən Kərimov arasında mübahisəsinin baş verməsidir.

Məlumata görə, bu il iyulun 4-də AXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın Qazax rayon şöbəsində hesabat yığıncağı öncəsi rayon təşkilatının fəalları ilə görüş keçirilməli imiş. Əvvəlcədən olan razılaşmaya görə, toplantıda partiya rəhbərliyindən sədr müavini Əbülfəz Qurbanlı və Ali Məclisin sədri Həsən Kərimovun iştirakı tapşırılıb. Lakin Həsən Kərimov iyulun 4-də Əbülfəz Qurbanlıdan xəbərsiz Gözəl Bayramlı ilə birlikdə rayona gedərək, 26 dayaq dəstəsindən yalnız 9-nun rəhbəri ilə görüşüb. Məlumata görə, bu görüşdə daha çox Həsən Kərimova yaxın şəxslərin qurultaya nümayəndə seçilməsi məsələsi həll olunub.

Əbülfəz Qurbanlının toplantının ondan xəbərsiz keçirilməsi ilə bağlı etirazına isə sədr Əli Kərimli laqeyd qalıb. O, Ə. Qurbanlını güzəştə getməyə çağırıb. Lakin Ə. Qurbanlı bir neçə gün sonra partiyadan istefa verdiyini “facebook” səhifəsində elan edib.

Mənbə onu da qeyd edib ki, Ə. Qurbanlı ilə Həsən Kərimov arasında qalmaqalın əsası bir müddət öncə qoyulub. Məlumata görə, partiyanın Rəyasət Heyətinin iclaslarının birində Həsən Kərimov hazırda həbsdə olan Seymur Həzi ilə bağlı kəskin ifadələr işlədib.

Ə. Qurbanlı isə buna etiraz edib. Lakin daha bir neçə Rəyasət Heyəti üzvünün, xüsusilə Əli Kərimlinin onu Həsən Kərimovla mübahisə etməməyə çağırması Ə. Qurbanlını hövsələdən çıxarıb. O, iclası yarımçıq tərk edib.

Ə. Qurbanlı APA-ya açıqlamasında deyilən fikirlərlə razı olmadığını bildirib: “Mən istefamın səbəbləri barədə danışmaq istəmirəm”.

Həsən Kərimovun evindən isə onun xəstə olduğu və telefon zənglərinə cavab verməyəcəyi bildirilib.

Həmçinin oxuyun

Koroğlu dairəsi, tıxac, sıxlıq və xaos – Video

Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən …

Bir cavab yazın