Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib

Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında səfərdə olan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib. (Azərtac)

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın