Şənbə , May 25 2019
Ana səhifə / Sosial / Əli Əhmədov: “Gənclərin layiqli işlə təmin olunması hökümətin mühüm vəzifəsidir”

Əli Əhmədov: “Gənclərin layiqli işlə təmin olunması hökümətin mühüm vəzifəsidir”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşən bir milyondan artıq şəxsin layiqli əməklə təmin olunması Azərbaycan hökumətinin qarşısında böyük vəzifə kimi durur”.

“Report” xəbər verir ki, bunu baş nazirin müav­ini Əli Əhmədov “Dayan­ıqlı İnkişaf Məqsədlə­rinə doğru: davamlı i­nkişafın və layiqli h­əyatın təbliği” adlı ­konfransda deyib.

O xatırladıb ki, Dağlıq Qarabağ müna­qişəsi nəticəsində azərbaycanlılar etnik ­təmizləməyə məruz qal­ıblar: “İnsanlar öz doğ­ma torpaqlarını tərk ed­ib. Bu torpaqlardan köçkün düşən bir milyondan ­artıq vətəndaşın layiqli ­işlə təmin olunma­sının nə qədər böyük iş ­olduğunu bilirsiniz”.

Ə.Əhmədov bildirib ki, Azər­baycan əhalinin 46 faizini 29 ­yaşa qədər olan şəxslər təşkil ed­ir: “Bu gənclərin layiqli əməklə təmin olunması məsələsində hökumətin qarşısında mühüm vəz­ifələr durur”.

O qeyd edib ki, yaxın illərdə Azərbaycan vətəndaşlarının daha keyfiyyətli, layiqli əmək ilə təmin ol­unması istiqamətində, daha səmərəli addımlar atılacaq.

 

Həmçinin oxuyun

İndiyədək 12685 vərəsəyə birdəfəlik ödəmə verilib

İndiyədək 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək …