Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Ələt-Astara yolu nə vaxt pullu olacaq?

Ələt-Astara yolu nə vaxt pullu olacaq?

Azərbaycanın ilk ödənişli yolu olacaq Ələt-Astara yolunda quraşdırılacaq turniketlərin sifarişi üçün müqavilə imzalanıb. Proses böyük ehtimalla bu ilin sonuna qədər yekunlaşacaq.

Bu sözləri axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Azərbaycanda ilk dəfə ödənişli olacaq yolda aparılan son işlər barədə danışarkən bildirib.
A.Nəcəfli əlavə edib ki, böyük ehtimalla yolda hərəkətin ödənişli əsaslarla həyata keçirilməsi ilin sonuna çəkəcək:
“Hələ ki, hazırlıq işləri görülür. Hələ turniketkərin sifariş verilməsi üçün müqavilə imzalanıb. Maliyyə ayrılan kimi sifariş veriləcək. Hazırda ərazidə nəzarət məntəqələrinin olduğu yerin genişləndirilməsinə başlanılıb.
Yəqin ki, proses ilin sonuna kimi çəkəcək. Yolun ödənişli əsaslarla istifadəsi də çox güman ki, ilin sonunda reallaşacaq. Hələlik dəqiq bir söz demək mümkün deyil”.
A.Nəcəfli sözügedən yolda aparılan işlər barədə də danışıb. O bildirib ki, hazırda sərnişinlərin rahatlığı üçün yolda müəyyən işlər görülür:
“Vətəndaşlar üçün istirahət yerləri hazırlanır. Ərazilər ayrılıb. Həmin istirahət yerlərində sərnişinlərin, vətəndaşların rahatlığı üçün hər bir imkan yaradılacaq. Təkcə sərnişin və sürücülər üçün deyil, avtomobil və avtobuslar üçün də yanacaqdoldurma, təmir məntəqələri nəzərdə tutulub və işlər gedir”.
Qeyd edək ki, Bakı-Ələt-Astara-İran Respublikası yolu ötən il istifadəyə verilib.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …