Bazar ertəsi , May 27 2019
Ana səhifə / Sosial / Əkin yerlərinin yandırılması ilə bağlı daha bir qadağa

Əkin yerlərinin yandırılması ilə bağlı daha bir qadağa

Torpaq Məcəlləsinə növbəti dəfə dəyişiklik ediləcək.

Oxu.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev tərəfindən Milli Məclisə (MM) müvafiq qanun layihəsi təqdim olunub.

Qanun layihəsində “Torpaqların münbitliyi haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərlə əlaqədar Torpaq Məcəlləsində də müvafiq düzəlişin aparılması təklif olunur.

Belə ki, Məcəllənin 34-cü maddəsinə edilən dəyişikliyə əsasən, əkin yerinin yandırılması qadağandır.

Qanun layihəsi MM-in növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Bakıda tıxacda qalan taksi sürücüsü qaydaları belə pozdu (VİDEO)

Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.Yolun …