Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Sosial / “Əkin yerinin yandırılması qadağandır” – RƏSMİ

“Əkin yerinin yandırılması qadağandır” – RƏSMİ

Bu gün Prezident İlham Əliyev “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da təsdiq edib.

Azinforum.az xəbər verir ki, yeni qanuna əsasən, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 128) aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci maddənin birinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: “əkin yeri – torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri.”.

2. 9-cu maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: “Əkin yerinin yandırılması qadağandır.”.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM – Dəhşət…

Aktualxeber.az-ın redaksiyasına şok effekti doğuracaq bir şikayət ərizəsi daxil olmuşdur. Bizə ərizə ilə müraciət edən …