Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Əhaliyə şad xəbər – Nar bol, üzüm ucuz olacaq

Əhaliyə şad xəbər – Nar bol, üzüm ucuz olacaq

Bu il Azərbaycanda nar və üzüm bolluğu olacaq.
Azinforum.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli məlumat verib.
Onun sözlərinə görə, 2019-cu il nar və üzümün yetişməsi üçün çox əlverişli olub.
Ekspert bu il nar və üzüm bağlarında kifayət qədər bolluq olduğunu deyib və bunun səbəblərindən danışıb:
“Birincisi, çoxillik əkmələr üçün iqlim şəraiti çox əlverişli oldu. İkincisi isə ziyanvericilərlə effektiv mübarizə aparıldı. Bu il fermerlər kifayət qədər aktiv iş aparıblar”.
N.Nəsirlinin dediyinə görə, üzüm bazara əlverişli qiymətlərlə girib.
“Biz deyə bilmərik ki, üzüm bahadır. Hələ nəzərə alaq ki, üzüm yığımı indi başlayır. Hesab edirəm ki, bu il üzüm kifayət qədər ucuz olacaq”, – deyə əlavə edib.
Narın qiymətinə gəlincə, N.Nəsirli bildirib ki, bu məhsul da ucuz olacaq.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …