Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Əhalinin internet problemi: Səbəb nədir? – Video

Əhalinin internet problemi: Səbəb nədir? – Video

Karantin dövrü internetə olan ehtiyacımızı daha da artırıb. Hazırda  bir çox danışıqlar hətta dərslər də onlayn formada həyata keçirilir. Bu isə evlərdə ucuz və sürətli internetin xidmətinin olmasını labüd edir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Rəşad Əliyev – İT mütəxəssisi: “Hal-hazırda evlərdə internetə tələbat daha çoxalıb, şirkətlərdə isə tələbatı azalıb. Evlərdə internetin zəif olmasının digər səbəblərindən biri də ADSL istifadə olunmasıdır. Evlərdə fiber-optik internetin olmaması sürətin də zəif olması deməkdir”.

Pandemiya bitsə belə artıq dünyada məsafəli dönəm başlayıb. Yəni internetə olan tələbat azalmayacaq. Bu isə provayderlərin qarşısına yeni tələblər qoyur.

Anar İsmayılzadə – İT mütəxəssisi: Sürət probleminin həlli üçün provayderlər və serverlər gücləndirilməlidir”.

Rəşad Əliyev – İT mütəxəssisi: “Növbəti mərhələlərdə bütün evlərdə fiber optikaya keçid, məsafədən internetin olması, LTE və s. sürət problemini həll edə bilər. Texnologiya günü-gündən inkişaf etdiyinə görə, hazırki texnologiyamızı 10 il bundan əvvəlki ilə müqayisə etdiyimizdə böyük fərqi görmüş oluruq və bu fərqi ölkəmizdə də görmək üçün innovativ həllərə, innovativ yanaşmalara başlamaq lazımdır. Həmçinin də texniki bazamızı genişləndirmək lazımdır”.

Hazırda təhsil Nazirliyi Virtual məktəb layihəsini həyata keçirir, bir çox universitetlərin distant təhsilə keçidə hazırlaşır, dövlət qurumları isə xidmətini elektron formada göstərir. Amma yaxın keçmişdə dövlət qurumlarının elektron sistemlərinin vacib məqamları çökməsi təcrübələrini yada salsaq, təhlükəsiz internet məsələnin aktuallığı biraz da artır.

Günel Gözəlova – NRYTN-nin mətbuat katibi: “Mütəxəssislərimiz istifadəçilərimizin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər. Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Telekominikasiya operatorlarının hamısının internet provayderlərinin karantin rejimində çalışması üçün tam hazırlıq da görülüb və gündəlik də görülür bu işlər”.

Görünən odur ki, Karantin dövründən sonra da internetdən istifadə həyatımızın əsas tələbatı olacaq. Və inkişafın mərkəzində bu amil dayanacaq. Ona görə də nəzərə almalıyıq ki, bu sahədə müasir dövrün tələblərinə uyğun görüləcək işlər, süni intellekt çağındakı səviyyəmizi müəyyənləşdirəcək.

Həmçinin oxuyun

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu …