Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / Əhali hansı evləri almağa üstünlük verir? –SORĞU

Əhali hansı evləri almağa üstünlük verir? –SORĞU

Vətəndaşların, xüsusilə də gənc ailələrin əsas aktual problemlərindən biri mənzil məsələsidir.

Mənzil seçimi də maddi vəziyyətdən, insanların zövqündən aslı olaraq dəyişir. Bəziləri nağd şəkildə ev ala bilmədiyi üçün ipoteka və ya daxili kredit şərtləri ilə mənzil axtarır. Bəziləri isə fərdi ev tikməyə üstünlük verirlər. Bəzi vətəndaşlar isə nağd şəkildə ev almağa maraq göstərir.

Fins.az bununla bağlı sorğu keçirib. Sorğuda iştirak edən vətəndaşların böyük hissəsi (30 %) fərdi ev tikməyə üstünlük verdiklərini bildiriblər. Respondentlərin 20%-i yeni tikililərdən nağd şəkildə təmirsiz ev almaq istəyir. Yeni binadan nağd şəkildə tam təmirli ev almaq istəyənlər isə siyahıda 3-cüdür- 16,7%. Köhnə binalardan tam təmirli evi nağd və yeni binadan ipoteka ilə təmirli ev almaq istəyənlər 10% təşkil edir. Hazır şəkildə fərdi ev və köhnə binadan nağd şəkildə ev almaq istəyənlər 6,7%-dir. Maraqlıdır ki, yeni tikililərdən ipoteka ilə təmirsiz ev almaq istəyən isə yoxdur.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …