Ana səhifə / Sosial / Əfqanıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Əfqanıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qanini aeroportda Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Həmçinin oxuyun

Sabiq icra başçısına yeni vəzifə verildi – Foto

Biləsuvar Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə rəsmi şəxslər və şura üzvləri iştirak ediblər. İclasda …

Bir cavab yazın