Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Sosial / “Əfqan Muxtarlı ilə bağlı qətnamə hüquqi qüvvəyə malik deyil” – XİN

“Əfqan Muxtarlı ilə bağlı qətnamə hüquqi qüvvəyə malik deyil” – XİN

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.

XİN rəsmisi AzərTAc-a açıqlamasında qətnamənin qərəzli olduğunu bildirib:

-2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.

Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.

Həmçinin oxuyun

Məşhur kolbasa şirkəti cərimələnib

Bakı Apelyasiya Məhkəməsində “Zəhmət-Ruzi” MMC-nin 300 manat cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb. “Report”un …

Bir cavab yazın