Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Əbülfəs Qarayev görüş keçirdi – Fotolar

Əbülfəs Qarayev görüş keçirdi – Fotolar

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə 2016-cı ilin 26-30 iyul tarixində Bob Bləkmənin rəhbərliyi ilə Britaniya Parlamentinin Azərbaycan Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.

Qafqazinfo” xəbər verir ki, ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizdə turizm sənayesinin inkişafını və davam edən iqtisadi inkişaf nəzərə alaraq, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafı, həmçinin ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında nümayəndə heyətini məlumatlandırdıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılması barədə söz açan nazir münaqişəni Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törədən fakt kimi qiymətləndirib.

Parlamentarilər tərəfindən səmimi qəbula görə minnətdarlıq bildirildi, həmçinin Böyük Britaniya və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Əbülfəs Qarayev görüş keçirdi -  Fotolar
Əbülfəs Qarayev görüş keçirdi -  Fotolar
Əbülfəs Qarayev görüş keçirdi -  Fotolar

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın