Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Sosial / ƏƏSMN vətəndaşın əlilliyin ləğv edilməsilə bağlı narazılığına cavab verdi

ƏƏSMN vətəndaşın əlilliyin ləğv edilməsilə bağlı narazılığına cavab verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkə səhifələrində Quliyev Elşad Elbrus oğluna əlillik təyin edilməməsi ilə bağlı narazılığı barədə yayılan videoya münasibət bildirib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, vətəndaşın səsləndirdiyi ittihamlar əsassızdır: “Çünki ötən illərdə Quliyev Elşad Elbrus oğluna hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib.

Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər.

Bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb”.

Həmçinin oxuyun

Zorlanan qızcığazlar, bıçaqlanan qadınlar… – Sığınacaqdan REPORTAJ

Azərbaycanda hər üç qadından biri zorakılığa məruz qalır. Bu qadınların bir çoxu ailəsini dağıtmamaq üçün …