Cümə , Dekabr 9 2022
Ana səhifə / Sosial / ƏƏSMN-nin “qənaət” etdiyi 1 milyard manat necə formalaşıb?

ƏƏSMN-nin “qənaət” etdiyi 1 milyard manat necə formalaşıb?

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qənaət” etdiyi 1 milyard manat necə formalaşıb? Pensiya islahatlarının nəticəsi haqqında məlumat açıqlanıb: 2021-ci ildə  pensiya xərclərinə qənaət 2018-ci illə müqayisədə 549, 2022-ci ilin yanvar-avqust ayları üzrə  pensiya xərclərinə qənaət isə 2018-ci illə müqayisədə 495 milyon manat olub. Yəni anlaşıqlı desək, bu o deməkdir ki, 2018-ci ildə və sonrakı illərdə nazirliyin apardığı araşdırmalarla müəyyən olunub ki, yarım milyardlıq pensiya qanunsuzdur, odur ki, 2021 və 2022-ci illərdə onun verilməsindən imtina edilib”.

Bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüz qeyd edib ki, nazirlik bu addım adını “qənaət” qoyublar: “Son 3-4 il ərzində isə “qənaət” olunan məbləğ təxminən 1 milyard olub. Xatırladıram ki, nazirliyin qanunsuz pensiyalara və qanunsuz əlilliyə qarşı mübarizəsi də məhz həmin dövrləri əhatə edib. 1 milyardlıq “qənaət” üçün əsaslar yaradan keçmiş nazir Səlim Müslümova qarşı 27 milyonluq yeyinti ittihamı irəli sürülüb və bildiyim qədər hazırda ev dustaqlığındadır”.

Həmçinin oxuyun

“Toppuş bacı”ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – AÇIQLAMA

Hazırda onkoloji xəstələrin qəbul etdiyi “ağıllı dərman” və immunoterapiya ən bahalı müalicələrdəndir.Bəzən xəstələr bu terapiyaları …