Sosial şəbəkədə biz:
“Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq” - Paşinyan
Xəbər Şəkli

“Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq” - Paşinyan

31 May 2026, 09:00
Siyasət

Yaxın vaxtlarda sərhədlərin delimitasiyası aparılacaq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Berdavan kəndində seçkiqabağı təşviqat zamanı bildirib.

“Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında qurulub. Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanında necə olubsa, elə də olacaq. Delimitasiya şimaldan başlayacaq və İran sərhədinədək davam edəcək. TRİPP layihəsini həyata keçirməyə başlayacağımız ərazilərdə sərhədləri qısa hissələr üzrə delimitasiya edəcəyik. Digər sahələr üzrə isə işləməliyik”, – Paşinyan qeyd edib./Axar.az