Sosial şəbəkədə biz:

Xəzərə dair sual Zərifi əsəbiləşdirdi: Hansı 11 faiz?

Xəzərə dair sual Zərifi əsəbiləşdirdi: Hansı 11 faiz?
Xəbər Şəkli
08 August 2026, 10:13
Siyasət

"Yalandır! Gedin sənədi oxuyun, xanım!"

Bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

O, Xəzər dənizinə aid Konvensiyanın İran parlamentində gözlənilən ratifikasiyası əsnasında İslam Respublikasında yenidən başlamış fərqli yozumla bağlı sualı cavablandırıb. 

Keçmiş nazirin "İranın Xəzərdə 50%-lik paya sahib olması barədə" suala münasibəti kəskin və əsəbi olub:

"11% pay məsələsi yalandır! Xəzərin 50%-i haradan İranın oldu?! Bəzi insanların bu qədər söydüyü Şahın zamanında Astara-Hüseynqulu sərhəd xəttini bir gəmi belə keçməyib. 11% Şahın dövrünə aiddir. Astara-Hüseynqulu xətti Şahın dövrünə aiddir. İslam Respublikasına aid deyil. Əgər Hərtərəfli Xəzər Konvensiyasını imzalamasaydıq, onlar dəniz dibində bizə vurduqları ziyanı eyni fəlakəti sahildə də vurardılar. Gedin sənədi oxuyun! Savad oxumaqdır!"