Sosial şəbəkədə biz:

Ukrayna səfirliyindən Azərbaycana təşəkkür

Ukrayna səfirliyindən Azərbaycana təşəkkür

Ukrayna səfirliyi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.
Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat dərc olunub.
“Bu gün – Ümumdünya Humanitar Yardım Günü münasibətilə, biz ən çətin zamanlarda insanlığı qoruyan və dəstəkləyənləri anırıq.
Ukrayna üçün bu gün müharibə səbəbindən xüsusi məna kəsb edir. Rusiyanın genişmiqyaslı işğalı ölkədə humanitar böhrana səbəb olub, lakin dünyanın hər yerindən dostlarımızın və tərəfdaşlarımızın köməyi sayəsində biz bu böhranla mübarizə apara bilirik.
Beynəlxalq və ictimai təşkilatların, donor ölkələrin, biznesin və Ukrayna ilə həmrəylik göstərən sadə insanların humanitar dəstəyi qarşıdakı çətinlikləri dəf etməyimizə imkan verir.
Xüsusi təşəkkürümüzü dost Azərbaycanа  bildiririk. Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən Azərbaycana, onun rəhbərliyinə və bütün xalqına minnətdarıq. Xüsusilə energetika sahəsində humanitar yardım, eləcə də müharibədən zərər çəkmiş uşaqlar üçün reabilitasiya və sağlamlaşdırma proqramları üçün səmimi təşəkkür edirik.
Dəstəyinizə görə sizə təşəkkür edirik!” – məlumatda deyilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol