Sonuncu seçki "Zəfər seçkisi" kimi xarakterizə olunur - DEPUTAT
Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsindən 2 il ötür. 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə olaraq təşkil edildi. Bu tarixi seçki 92,12% səslə İlham Əliyevin yenidən prezident seçilməsi və ərazi bütövlüyünün tam bərpası şəraitində keçirilən "Zəfər seçkisi" kimi xarakterizə olunur.
Sonuncu növbədənkənar Prezident seçkilərindən keçən müddətdə, yəni son 2 ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb. Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb. Ötən 2 ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb.
Son seçki yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənməsi də müşahidə edilir. Artıq işğaldan azad olunan ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və çalışır. Ötən il avqsutun 8-də Vaşinqtonda imzalanan anlaşama isə region üçün yeni səhifənin açılması demək idi. Regionda yeni dövrün yaradıcısı isə Azərbaycan və onun lideridir.
Vüqar Bayramov, millət vəkili