Sosial şəbəkədə biz:
Şeyx Vatikanda Roma Papası ilə görüşdü – Fotolar
Xəbər Şəkli

Şeyx Vatikanda Roma Papası ilə görüşdü – Fotolar

10 February 2026, 15:36
Siyasət

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Roma Papası XIV Leo ilə görüşüb.
Bu barədə İdarənin rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.