Sosial şəbəkədə biz:
“Qarışıqlıq illərlə davam edəcək” - Tofiq Zülfüqarov
Xəbər Şəkli

“Qarışıqlıq illərlə davam edəcək” - Tofiq Zülfüqarov

26 March 2026, 11:39
Siyasət

“Azərbaycanının şimalında və cənubunda nələrin baş verəcəyinin konturları tam aydınlaşıb. Bir növ “qaynar müharibə” ilə “nə müharibə, nə də sülh” vəziyyəti arasında tərəddüd edən rəqqas vəziyyəti yaranıb. Belə idarə olunan geosiyasi qarışıqlığın uzun müddət, bəlkə də illərlə davam etməsi planlaşdırılır”.

Bu sözlər Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova məxsusdur. O bildirib ki, yaranan nəhəng qeyri-sabitlik zonalarının arasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin əraziləri kifayət qədər inamla sabitliyi qoruyur. Bu sabitlik oxunun tam mərkəzində isə, həm Rusiya, həm də İranla sərhədə malik yeganə dövlət olan Azərbaycan qalır.

“Buna görə də siyasətimizin formatı əvvəlcədən müəyyən olunub — Qoşulmama Hərəkatının prinsiplərinə uyğun olaraq neytrallıq və qarışmamaq. İkinci Dünya Müharibəsi dövründə Türkiyə və İsveçrənin xarici siyasət ənənələri də bizə lazım ola bilər”,- Zülfüqarov bildirib.