Paşinyandan rus dilində mesaj: Onun yeri həbsxanadır
Ermənistan Baş naziri Nikol Paşinyan Gümrü şəhərində baş verənlərlə bağlı sosial media hesabında rus dilində paylaşım edib.
Teleqraf xəbər verir ki, o, ad çəkmədən oğruların həbs edilməli olduğunu bildirib.
“Oğru fəvvarələrlə oynamamalıdır, həbsxanada olmalıdır”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, iyulun 26-da axşam saatlarında Gümrü şəhərində yeni fəvvarələrin açılışında kriminal aləmin nümayəndələri üçün yazılmış “Dolya vorovskaya” mahnısı səsləndirilib.
Gümrü şəhərinin yeni meri rusiyayönlü siyasətçi Vardan Qukasyandır. O, bu vəzifəyə aprelin 16-da keçirilən seçkilərdə seçilib.