Sosial şəbəkədə biz:
İrandan Azərbaycana 2,8 mindən çox insan təxliyə edilib
Xəbər Şəkli

İrandan Azərbaycana 2,8 mindən çox insan təxliyə edilib

22 March 2026, 09:26
Siyasət

28 fevral tarixindən etibarən İrandan Azərbaycana 470 Azərbaycan vətəndaşı, 323 Rusiya vətəndaşı, 16 Gürcüstan vətəndaşı təxliyə edilib, ümumilikdə İran-Azərbaycan sərhədindən 2853 nəfər buraxılıb.

“Kavkazskiy Uzel” yazır ki, 14 mart tarixinə olan məlumata əsasən, İran və Azərbaycan arasındakı quru sərhədi vasitəsilə 2360 nəfər , o cümlədən 300 Rusiya vətəndaşı təxliyə olundu.

İranda baş verən hərbi əməliyyatlar səbəbindən Bakı ilə Naxçıvan Muxtar Respublikası arasında bu ölkə ərazisindən keçən avtobus reysləri dayandırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara İrana və İsrailə səfərlərdən çəkinməyi tövsiyə edib.

Yaxın Şərqdə münaqişə gərginləşəndən (28 fevral saat 08:00-dan 20 mart saat 10:00-a qədər) İrandan Azərbaycana 75 ölkədən 2853 nəfər təxliyə olunub, onlardan 470-i Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana zərbələr endirməyə başlayıb. Donald Tramp genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edib. Buna cavab olaraq İran İsrailə, ABŞ-nin hərbi obyektlərinə və Yaxın Şərqdə mülki hədəflərə zərbələr endirib.

5 martda Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə edilən hücum nəticəsində 4 nəfər yaralanıb. İlham Əliyev bu hücumu “İranın məqsədli terror aktı” adlandırıb və Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.