Sosial şəbəkədə biz:

İcra başçısı Xuraman Məmmədovanı işdən çıxardı

İcra başçısı Xuraman Məmmədovanı işdən çıxardı
Xəbər Şəkli
09 October 2025, 14:06
Siyasət

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.

İcra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu. O, işdən çıxarıldıqdan sonra Hacıqabul rayonunda məktəblərdən birinə direktor müavini təyin edilib. qaynarinfo