Sosial şəbəkədə biz:

Fransanın Azərbaycana təyin etdiyi səfirin adı məlum oldu

Fransanın Azərbaycana təyin etdiyi səfirin adı məlum oldu

Fransanın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin "X" hesabında yazılıb.

Qeyd olunub ki, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Xanım diplomat da bu barədə "X" hesabında yazıb:

“Azərbaycanda Fransaya, maraqlarımıza və həmvətənlərimizə səfir kimi xidmət etmək mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonun yolunu davam etdirərək icra edəcəyəm. Azərbaycandakı səfirliyin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Görüşənədək”.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol