Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edilib - FOTO
Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.
Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında bildirib.
Səfir paylaşımında yazıb:
“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik. Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik”.